“Qəbələ”nin futbolçusu Amin Seydiyev karyerasını “Sabah” klubunda davam etdirəcək.
Offsideplus.az əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi 2019/20 mövsümü bitdikdən sonra karyerasını Bakı təmsilçisində davam etdirəcək.
Xatırladaq ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Seydiyev əsas komandada 2017/18 mövsümündə debüt edib. O, komandada 39 oyun keçirib, 1 qol vurub.