"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu "Germistoncitynews" nəşrinə müsahibə verib.
Offsideplus.az xəbər verir ki, cənubi afrikalı forvard "Kopenhagen"ə qarşı oynadıqları Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı haqda danışıb:
"Niyyətimiz "Qarabağ"ı dünyaya tanıtmaq idi. İlk hissənin son dəqiqəsində qol buraxdıq. Həmin 45 dəqiqə komanda olaraq oynadığımız ən pis oyun idi. Fasilədə baş məşqçimiz rəqibin bizə qarşı basqılı oynayacağını və müdafiədə 1-2 səhv edəcəyini bildirdi. İkinci hissənin başlamasından 6 dəqiqə sonra qol vurdum".
Qeyd edək ki, Dino Ndlovu hazırda Çinin "Xançjou Qrintaun" klubunda çıxış edir.