Qapı istiqamətində ən güclü zərbə vurmağı bacaran 20 afrikalı futbolçunun adı bəlli olub.
Offsideplus.az xəbər verir ki, "w24news" nəşrinin araşdırmasında "Səbail"in üzvü Maykl Essyen də yer alıb.
Qanalı futbolçu 18 sırada qərarlaşıb. Yarımmüdafiəçinin zərbəsinin gücü 117 km/saat olaraq qeydə alınıb.
Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından “Səbail”in üzvüdür.