Essyenin Azərbaycanda son iki ildə qazancı bəlli olub.

Offsideplus.az xəbər verir ki, bu barədə İndoneziya mətbuatı məlumat yayıb.

Qanalı yarımmüdafiəçi Asiyada 800 min, Azərbaycanda 250 min avroya yaxın pul əldə edib. Mayklın çıxış etdiyi "Persib Bandunq"un baş məşqçisi olmuş Umux Muxtar "Səbail"in hazırkı futbolçusunun İndoneziyada dəbdəbəli həyat yaşadığını bildirib:

"Mayklın İndoneziyaya fantastik məvacib və dəbdəbəli şəraiti vardı. O, həmçinin "Persib Bandunq"dan getdiyinə görə üzüldü. Həmin dövrdə klub rəhbərliyi Essyeni 2018-ci il mövsümü üçün saxlamağı planlaşdırırıdı. Ancaq o, hansısa səbəbdən "Persib Bandunq"la müqaviləsini pozdu. Ola bilər ki, məsələ məşqçiylə bağlı idi. Hərçənd, müqaviləsi vardı. Ancaq nə edə bilərəm, bəlkə də gedişi mentalitetlə bağlı oldu. O, Persibdə uğursuzluq yaşadı".

Xatrladaq ki, "Səbail"ə ötən ilin martında keçən Mayklın müqaviləsi cari mövsümün sonunda bitir.