Emil Balayev yenidən Qazaxıstanda çıxış edə bilər.
Offsideplus.az xəbər verir ki, "Zirə"də çıxış edən futbolçu ilə "Kaysar" yaxından maraqlanır.
Məlumatı "Vesti.kz" saytı yayıb. Xəbərə görə, "Kaysar"ın baş məşqçisi Stoyço Mladenovin etibarlı qapıçıya ehtiyacı var. Bu səbəbdən də klub Azərbaycan millisinin üzvünü transfer edəcək.
Qeyd edək ki, E.Balayev 2019-ci ilin yanvarından bu ilin yanvarına kimi "Tobol"da oyayıb.