"Kayserispor"un üzvü Hasan Hüseyin Acar Azərbaycan millisində oynamaqdan imtina etdiyini bildirib
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi Türkiyə mediasına müsahibəsində yığmamızda oynamaq təklifini rədd etdiyini deyib.
Məsələ ilə bağlı offsideplus.az-a açıqlama verən AFFA-ın İctimaiyyətlə Əlaqə Departamentinin rəhbəri Firuz Abdulla federasiyanın türkiyəli futbolçu ilə danışıqlar aparmadığını bildirib:
"Hasan Hüseyn Acara yığmada oynamaq təklifi etməmişik. AFFA-dan heç bir şəxs həmin futbolçu ilə bu barədə danışıqlar aparmayıb. Ola bilər ki, hər hansısa menecer fərdi şəkildə bu təklifi edib, amma federasiya olaraq rəsmi şəkildə Hasan Hüseyn Acarla bu istiqamətdə müzakirələrimiz olmayıb".