Almaniya millisinin sabiq qapıçısı Yens Lemann koronavirusa yoluxduğunu bildirib.

Offsideplus.az xəbər verir ki,  hazırda 50 yaşlı olan sabiq qolkiper bildirib ki, sözügedən pandemiyaya martın ortalarında yoluxub.

Özünü iki həftəlik karantinə alan qolkiper koronavirusu adi qrip xəstəliyindən də yüngül keçirdiyini söyləyib. O, bir neçə gün temperaturunun yüksək olduğunu və öskürəkdən əziyyət çəkdiyini bildirib.