Zinəddin Zidanın oğlu olan Luka Zidan milli komanda seçimini edib.
Offsideplus.az xəbər verir ki, hazırda "Rasinq"də çıxış edən 21 yaşlı qapıçı Əlcəzair vətəndaşlığını qəbul edəcək.
Bu barədə məlumatı “Sports Finding” nəşri yayıb. Lyuka payızdan, dünya çempionatının seçmə mərhələsindən başlayaraq Əlcəzair millisində oynacacağı bildirilib.
Qeyd edək ki, qolkiper daha öncə Fransanın yeniyetmələrdən ibarət millisində çıxış edib.