Futbol üzrə Azərbaycan çempionatının I Divizionu tarixinin ən yaxşı komandası açıqlanıb.

Offsideplus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu MOİK klubudur. Əvvəllər OİK adlanan paytaxt təmsilçisi 1992-ci ildən keçirilən yarışda həm oyun, həm qələbə, həm xal sayında bütün komandaları qabaqlayır. 

Bakılılar 395 matçda 187 qələbə qazanıb, 638 xal toplayıb.

Daha 4 klub 300-dən çox oyun keçirməyə nail olub. Bunlar “Göyəzən” (384), “Bakılı” (346), Mingəçevir “Energetik”i (332) və “Neftçala” (304) komandalarıdır.  

MOİK-dən başqa iki komanda 150-dən çox oyunda qalib gəlib. “Neftçala” 173, “Qaradağ Lökbatan” 165 dəfə qələbə əldə edib. Xal hesabında da bu komandalar müvafiq olaraq 2-ci və 3-cüdür. “Bakılı” I Divizionun ümumi cədvəlində 4-cü, Qusar “Şahdağ”ı 5-cidir.

1. MOİK 395 187 77 131 683-497 638
2. Neftçala 304 173 53 78 608-348 572
3. Qaradağ Lökbatan 281 165 43 73 501-279 538
4. Bakılı 346 137 75 134 478-507 486
5. Şahdağ (Qusar) 294 133 73 88 451-341 472
6. Göyəzən 384 125 61 198 511-730 436
7. Şəmkir 250 101 53 96 330-305 356
8. Ağsu 207 103 37 67 362-271 346
9. Energetik (Mingəçevir) 332 88 62 182 361-723 326
10. Turan-Tovuz 122 57 22 43 189-147 193