Futbol üzrə Azərbaycan çempionatının I Divizionu tarixinin ən yaxşı komandası açıqlanıb.
Offsideplus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu MOİK klubudur. Əvvəllər OİK adlanan paytaxt təmsilçisi 1992-ci ildən keçirilən yarışda həm oyun, həm qələbə, həm xal sayında bütün komandaları qabaqlayır.
Bakılılar 395 matçda 187 qələbə qazanıb, 638 xal toplayıb.
Daha 4 klub 300-dən çox oyun keçirməyə nail olub. Bunlar “Göyəzən” (384), “Bakılı” (346), Mingəçevir “Energetik”i (332) və “Neftçala” (304) komandalarıdır.
MOİK-dən başqa iki komanda 150-dən çox oyunda qalib gəlib. “Neftçala” 173, “Qaradağ Lökbatan” 165 dəfə qələbə əldə edib. Xal hesabında da bu komandalar müvafiq olaraq 2-ci və 3-cüdür. “Bakılı” I Divizionun ümumi cədvəlində 4-cü, Qusar “Şahdağ”ı 5-cidir.
1. | MOİK | 395 | 187 | 77 | 131 | 683-497 | 638 |
2. | Neftçala | 304 | 173 | 53 | 78 | 608-348 | 572 |
3. | Qaradağ Lökbatan | 281 | 165 | 43 | 73 | 501-279 | 538 |
4. | Bakılı | 346 | 137 | 75 | 134 | 478-507 | 486 |
5. | Şahdağ (Qusar) | 294 | 133 | 73 | 88 | 451-341 | 472 |
6. | Göyəzən | 384 | 125 | 61 | 198 | 511-730 | 436 |
7. | Şəmkir | 250 | 101 | 53 | 96 | 330-305 | 356 |
8. | Ağsu | 207 | 103 | 37 | 67 | 362-271 | 346 |
9. | Energetik (Mingəçevir) | 332 | 88 | 62 | 182 | 361-723 | 326 |
10. | Turan-Tovuz | 122 | 57 | 22 | 43 | 189-147 | 193 |