"Qəbələ" klubunda mövsüm ərzində vurulan qol sayında klub tarixinin rekordçusu Baqali Dabo olub.
Offsideplus.az xəbər verir ki, o, 2017/18 mövsümündə 13 dəfə rəqib qapısına yol tapıb. Daniel Subotiç isə ondan 4 il əvvəl 12 qola imza atıb.
İndiyədək “Qəbələ”nin futbolçuları Premyer Liqada 6 dəfə mövsümdə 10 və daha çox qol vurub. Son 6 çempionatın hərəsində bir oyunçumuz buna nail olub. Bu futbolçulardan beşi legioner, biri yerlidir.
1. Baqali Dabo – 13 (2017/18)
2. Daniel Subotiç – 12 (2013/14)
3-4. Cavid Hüseynov – 11 (2014/15)
Filip Ozobiç – 11 (2016/17)
5-6. Aleksey Qay – 10 (2015/16)
Ceyms Adeniyi – 10 (2018/19)