"Zirə"nin üzvü Alvaro Ampuero "Parma"da çıxış etdiyi illərdən danışıb.

Offsideplus.az xəbər verir ki, ölkəsinin mətbuatına açıqlama verən perulu cinah yarımmüdafiəçisi "Roma"nın əfsanəsi Françesko Tottiyə qarşı oynamasını xüsusi xatırlayıb.

27 yaşlı futbolçu 2013-cü ilin 13 martında “Parma”da debüt matçını məhz “Roma”ya qarşı keçirtməsini həyatının ən gözəl anı kimi qələmə verib:

“Totti ilə meydanda danışmadım, forma da istəmədim. Bir arzum həyata keçmişdi: ona qarşı oynamaq. Totti ilə üz-üzə gəldim, yaxından gördüm və xəyalım gerçəkləşdi. Bir müddət əvvəl sevgilim mənə bir neçə şəkillər verdi, onlardan biri də Totti ilə mübarizə anı idi. Onu Peruda saxlamışam".