COVİD-19 epidemiyası səsəbindən yarımçıq dayandırılan Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə 19 penalti təyin olunub.

Offsideplus.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, 20 turun 80 matçında 16 qol 11 metrlik nöqtədən vurulub. Digər 3 penalti zərbəsi dəqiq yerinə yetirilməyib.

 

Meydan sahibləri 10, qonaqlar 9 dəfə 11 metrlik cərimə zərbəsi yerinə yetirib. Qolla nəticələnməyən hər üç penalti meydan sahiblərinin passivindədir.

“Səbail” daha çox - 6 belə zərbə vurubsa, “Sabah” ümumiyyətlə penalti imkanı qazanmayıb. “Sumqayıt” ən çox cəzalanan komandadırsa, “Qarabağ”ın qapısına penalti təyin edilməyib.

Qeyd edək ki, Emin Mahmudov (“Neftçi”), Nikolas Raysel (“Qəbələ”), Mehdi Şərifi, Peyman Babayi (hər ikisi “Sumqayıt”), Hendrik Ekşteyn (“Səbail”) və Ağabala Ramazanov (“Səbail”də olarkən) hərəyə 2 penalti zərbəsi vurub. Bu oyunçulardan yalnız Ramazanov bir imkanı qaçırıb.