Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna daha bir italiyalı namizəd olduğu açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Türkiyənin "Fotospor" nəşri AFFA-nın Eusebio Di Françesko ilə danışıqlar apardığlını iddia edib. İtaliyalı mütəxəssis yerli mətbuata açıqlamasında milli və klublardan təklif aldığını bildirib.

Di Françesko Türkiyənin "Fənərbağça" klubunun da maraq dairəsindədir. 

Qeyd edək ki, daha əvvəl italiyalı mütəxəssislərdən Canni De Byazi, Luici Di Byaco və Çezare Prandelli də Azərbaycan millisinin baş məşqçi postuna namizəd olduğu barədə xəbərlər yayılıb.