Futbol üzrə İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt koronavirus pandemiyasına görə maaşının azaldılmasına razı olub.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis İngiltərə Futbol Federasiyasının ona təklif etdiyi 30 faizlik endirimi qəbul edib.
Bu haqda federasiyanın yaxın zamanda rəsmi açıqlama verəcəyi də bildirilib.