“Qəbələ” Azərbaycan Premyer Liqasının arxada qalan 20 turunda 26 futbolçunun xidmətindən yararlanıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Amin Seydiyevlə Qismət Alıyev koronavirus pandemiyası üzündən dayandırılan çempionatda “qırmızı-qara” forma ilə hamıdan çox – hərəyə 19 oyun keçirib.
Amin bu görüşlərdə əvəzolunmadan meydanda olub. Legionerlər arasında Merab Qiqauri, Fernan Lopez və Klesio Bauk daha çox – 18 matçda şans qazanıblar. Daha iki oyunçu Ülvi İsgəndərovla Rövlan Muradov da eyni sayda qarşılaşmanın iştirakçısı olub.
Komandanın qollarına 9 oyunçu imza atıb. Baş tutan 20 görüşdəki ən məhsuldar oyunçusu qış fasiləsində “Qəbələ”dən ayrılan Davit Volkovdur. Onun hesabında 5 top var. Qışda heyətə qatılan Nikolas Raysel isə 4 matçda 4 qol vurmaqla yüksək məhsuldarlığı ilə seçilib. Rövlan Muradovun da aktivində eyni sayda qol var. Fernan Lopezlə Ülvi İsgəndərov 3, İvitsa Juniç 2 dəfə fərqlənib. Amin Seydiyev, Qismət Alıyev və Roman Hüseynovun 1 qolu var. Daha bir qol isə rəqib avtoqolu sayəsində gerçəkləşib. Bu topun müəllifi Donald Geryedir (“Neftçi”).
futbolçu oyun dəqiqə qol sarı qırmızı
Amin Seydiyev 19 1710 1 4 0
Qismət Alıyev 19 1661 1 3 1
Merab Qiqauri 18 1589 0 7 0
Klesio Bauk 18 1486 0 2 0
Fernan Lopez 18 1478 3 7 1
Rövlan Muradov 18 983 4 3 0
Ülvi İsgəndərov 18 780 3 3 0
İvitsa Juniç 17 1505 2 3 0
Anar Nəzirov 15 1313 -21 4 1
Davit Volkov 14 1182 5 1 0
Yusif Nəbiyev 14 1068 0 0 0
Asif Məmmədov 13 963 0 3 1
Roman Hüseynov 13 797 1 3 0
Sadiq Quliyev 9 529 0 3 0
Murad Musayev 8 542 0 1 0
Tərlan Əhmədli 7 485 -14 1 0
Rasim Ramaldanov 5 400 0 1 0
Ehtiram Şahverdiyev 5 183 0 0 0
Nikolas Raysel 4 271 4 2 0
Abdelrafik Jerar 4 206 0 1 0
Faiq Hacıyev 4 145 0 2 0
Kristian Kouakou 4 118 0 0 0
İbrahima Niasse 3 193 0 1 0
İdris İnqilablı 3 123 0 1 0
Rodriqo Qattas 2 33 0 0 0
Yaovi Akakpo 1 7 0 0 0