Ukraynanın "Dinamo" (Kiyev) komandasının əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyev koronavirus (COVID-19) xəbərlərinə inanmadığını bildirib.

Offsideplus.az xəbər verir ki, o, şəxsi "Instagram" səhifəsində paylaşdığı videoda video paylaşıb: "Küçədə gəzdim, hamı çöldədir, hava da yaxşıdır. Fikrimcə, koronavirus-filan - hamısı "feyk"dir. Kiməsə bu koronavirus söhbəti lazımdır və bu söhbətlərin hamısını ortaya atıb. Bu gün İtaliyada 368 nəfərin öldüyünü eşitdim. Amma fikrimcə, bunların hamısı feykdir. Əsas odur ki, özünüzü qoruyun, sağlam olun". 

Qeyd edək ki, ötən ilin sonlarında Çində qeydə alınan xəstəlik 8 000-dən çox insanın ölümünə səbəb olub. Müalicə olunanların sayı isə 85 mindən çoxdur.