Azərbaycan milli komandasının martın 23-dən 31-dək Maltada təşkil olunması nəzərdə tutulmuş təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində martın 26-da Lixtenşteyn, martın 30-da isə Malta millisi ilə keçiriləcək yoldaşlıq oyunları ləğv olunub.

Offsideplus.az xəbər verir ki, buna səbəb hazırda dünyanın müxtəlif ölkələrində yayılan koronavirus (COVİD-19) epidemiyası olub. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya kimi dəyərləndirdiyi virus səbəbindən Malta Respublikasının bir neçə Avropa ölkəsindən (Almaniya, Fransa, İspaniya, İsveçrə) təyyarə reyslərini qəbul etmir. Azərbaycan milli komandasının heyətinə xarici ölkələrdən dəvət olunan futbolçuların səyahət riskinin (virusla əlaqədar) olması, komanda üzvlərinin və nümayəndə heyətinin yoluxma ehtimalının qarşısının alınması məqsədilə AFFA həm təlim-məşq toplanışını, həm də yoxlama oyunlarını ləğv edib.
 AFFA tərəfindən UEFA-ya, Malta və Lixtenşteyn futbol federasiyalarına müvafiq qaydada məlumat verilb.