AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XX turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, “Keşlə” – “Qarabağ” oyununda “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.
“Səbail” – “Zirə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.
“Səbail” – “Zirə” oyununda “Zirə” klubunun futbolçusu Emil Balayevin geyim formasındakı qüsura görə oyun gec başladığı üçün “Zirə” klubu 800 manat cərimələnib.
Hakimin start fitindən öncə qapı torunda problem aşkarlandığına görə oyunun startı gecikdiyi üçün “Səbail” klubu 800 manat cərimələnib.
“Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.