İsveçrənin SGS şirkəti 2019-cu ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, şirkət tərəfindən AFFA-ya ünvanlanmış təbrik məktubunda AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyətinin UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olduğu bildirilib. Lisenziyalaşdırma qrupunun 2020-21-ci il Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malik olduğu qeyd olunub.

AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti standartlara uyğundur
Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.