AFFA Şamaxı şəhər stadionunun yenidən qurulması işləri ilə bağlı tender elan edib.
Offsideplus.az xəbər verir ki, federasiyanın saytında görüləcək işlər və arena ilə bağlı ümumi məlumatlar paylaşılıb.
Stadionun örtüyü süni olacaq, tribunaların altında soyunub-geyinmə otaqları tikiləcək.
Bundan başqa, iki mini-meydan salınacaq və onların yaxınlığında paltardəyişmə otaqları inşa olunacaq.
Həmçinin stadion ərazisində qazanxana, nasosxana, yarımstansiya və gözətçi binası tikiləcək, su çəni və generator qoyulacaq, müxtəlif santexnika işləri görüləcək.