Azərbaycan Premyer Liqasında 2019/20-ci illər mövsümünün 200-cü qolu vurulub.

Offsideplus.az xəbər verir ki, bu hadisə 20-ci turun bir qədər əvvəl başa çatan “Səbail” - “Zirə” (1:3) oyununa təsadüf edib.

Oyunda vurulan 3-cü top mövsümdə 200-cü olub. Yubiley qoluna isə qonaqların futbolçusu Ağabala Ramazanov imza atıb.