“Keşlə” ilə oyunda xal itirdiyimizə görə, çox məyusuq”
Bu sözləri Offsideplus.az-a açıqlamasında “Sumqayıt”ın üzvü Əmir Ağayev deyib.
Yarımmüdafiəçi “Qəbələ”yə qarşı oyunda qələbə qazanacaqlarına ümid edir:
“Keşlə”yə qarşı matçda qələbə qazanmaq istəyirdik. Bunu bacaracağımızı düşünürdük. İndi növbəti oyunlara hazırlaşmalıyıq. Ümid edirəm ki, “Qəbələ” ilə matçda tam enerji ilə iştirak edəcəyik və qələbə qazanacağıq”.
Əmir Ağayev “Sumqayıt”ın Avropa Liqasına vəsiqə qazanmaq istədiyini bildirib:
“Çox yaxşı komandayıq. Ümid edirəm ki, Avropa Liqasına vəsiqə qazanacağıq. Bunun üçün hər şey edirik”.
“Sumqayıt”ın üzvü komandanın stabil çıxış etməməsinə də münasibət bildirib:
“Çox yaxşı təşkilatlandığımızı düşünürəm. İntizamlı olmağımız üçün əlimizdən gələni edirik. Bütün komanda buna cəhd edir. Profesionallaşmaq üçün əlimizdən gələni edirik”.
İlkin Sultanlı