“Düşünürəm ki, Azərbaycan çox əla yerdir. Bura təmiz, gözəl və və rasist olmayan ölkədir”.
Bu sözləri Offsideplus.az-a açıqlamasında “Səbail”in üzvü Hendrik Ekşteyn deyib.
29 yaşlı futbolçu onun Azərbaycan Premyer Liqasında çıxış etməyinə Maykl Essyenin təsir etdiyini bildirib:
“Bura gəldiyim üçün çox xoşbəxtəm. Mənim Azərbaycana gəlməyimə Essyenin burada çıxış etməsi faktı səbəb oldu. Öz özümə dedim ki, O, burdadırsa, mən niyə getməyim ki?”
29 yaşlı Cənubi Afrika Respublikasının hücumçusu “Səbail”ə keçdikdə komanda yoldaşlarından ilk olaraq Essyenin onu qarşıladığını qeyd edib:
“Bura gələndə şokda idim. Essyenən məni qarşıladı və komandaya gəldiyim üçün mənə təşəkkür etdi. Bu səbəbdən də “Səbail”ə gəldiyim üçün özümü xoşbəxt hiss etdim. “Sabah”dan ayrıldığım vaxt məşqçi (Aftandil Hacıyev - S.İ) mənim agentimə zəng etdi. Düşündüm ki, Essyen burada olduğu müddətdə onunla birgə oynaya bilərəm. Onunla eyni komandada çıxış etdiyimə görə, çox xoşbəxtəm. Essyen bizə çox kömək edir. Ondan çox şey öyrənirik, çünki hər şeyi idarə edir. Essyenlə birgə oynadığım üçün çox xoşbəxtəm”.
İlkin Sultanlı