“Atletiko” və Braziliya millisinin üzvü Filipe Luisin zədəsi ciddidir.
Offsideplus.az xəbər verir ki, ayağında qırıq aşkarlanan 32 yaşlı müdafiəçinin 4-5 ay meydana çıxa bilməyəcəyi məlum olub.
Bu isə onun yayda Rusiyada keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcəyi deməkdir.
Qeyd edək ki, F.Luis Avropa Liqasının 1/8 final mərhələsinin "Lokomotiv"lə cavab oyununda (1:5) zədələnib.