“Maykl Essyenə qarşı oynamaq həyata keçən xəyalım oldu. Çünki o, mənim idealımdır”.
Bu sözləri Offsideplus.az-a açıqlamasında “Neftçi”nin üzvü Mamadou Kane deyib.
Qvineyalı futbolçu “Səbail”in yarımmüdafiəçisi ilə qarşılaşdığı üçün Allaha minnətdar olduğunu bildirib:
“Essyen Afrikanın ən yaxşı futbolçularındandır. Ona qarşı oynamaq çox çətindir və edə biləcəyin çox şey yoxdur. Onun Çempionlar Liqasındakı oyunlarını televizordan izləmişəm. Amma indi Essyenə qarşı çıxış edirəm. Allaha minnətdaram. Bu mənim üçün böyük fəxrdir. Essyenə qarşı oynadığımı hər zaman xatırlayacam”.
Conpaul Nnamdi