2020-ci ildə keçiriləcək Millətlər Liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri bəlli olub.
Offsideplus.az xəbər verir ki, yığmamız Kipr, Monteneqro və Lüksemburqla eyni qrupda mübarizə aparacaq.
C Liqasının I qrupunda mübarizə aparan millimiz lider ola biləcəkmi?
Məsələ ilə bağlı Offsideplus.az-a açıqlama verən Həmkarlar İttifaqının sədri Nazim Süleymanov yığmamızın rəqiblərini dəyərləndirib. Təcrübəli mütəxəssis yığmamızın qrupu lider kimi bitirmək şansının az olduğunu bildirib:
“Rəqiblər dişimizə uyğundur. Maraqlı oyunlar bizi gözləyir. Lakin qrupdan çıxmaq şansımız azdır. Hər biri güclü və istəkli komandalardır. Şansımız var, amma çox az”.
Nazim Süleymanov qrupun favoritinin adını da açıqlayıb:
“Komandalara nəzər yetirdikdə ölkə çempionatında 14 klub olan Lüksemburq var. “Qarabağ” bu ölkənin “Düdelanj” klubunu dəfələrlə məğlub edib. Kiprdə isə bu say 12-dir. “Neftçi” APOEL-i məğlub edərək şanlı tarix yazıb. Monteneqro çempionat iştirakçılarının sayı 10-dur. Ən az klubu məhz bu ölkədədir rəqib arasında. Klublarımız bu ölkələrin komandalarını məğlub etməyi bacarırlar. Milli olaraq isə hələ heçnə məlum deyil. Monteneqronun ölkə çempionatı zəif olsa da, millisi çox güclüdür. Düşünürəm ki, qrupun favoriti elə onlardır”.
N.Süleymanov bu qrupa görə milliyə əcnəbi ya yerli məşqçi təyin olunmasına da münasibət bildirib:
“Əgər məşqçi bu qrupdan çıxmağa görə təyin olacaqsa, hər ölkədən - Lüksemburq, Kipr, Monteneqrodan bir məşqçi gətirib qoysunlar milliyə. Onda bu qrupdan çıxa bilərik"
İlkin Sultanlı