Azərbaycan birinci divizionun 18-cu turunda martın 6-ı keçirilməli plan “Turan Tovuz” – MOİK oyunu təxirə salınıb.
Offsideplus.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmrinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçularının, mülki işçilərinin infeksion xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədi ilə hərbi qulluqçuların və mülki işçilərin xidmət etdikləri və çalışdıqları hərbi hissə və müəssisələrdən ezamiyyətə getmələri müvəqqəti olaraq dayandırılıb. Buna görə də MOİK klubunun rəhbərliyi bu gün Peşəkar Futbol Liqasına müraciət edərək, 6 mart 2020-ci ildə keçirilməli olan “Turan Tovuz” – MOİK görüşünün təxirə salınmasını xahiş edib. PFL rəhbərliyi müraciəti rəhbər tutaraq, qeyd olunan oyunu təxirə salıb.
Görüşün vaxtı və yeri ilə bağlı yaxın günlərdə məlumat veriləcəyi vurğulanıb.