Azərbaycan Premyer Liqasının XIX turunda "Sumqayıt" "Keşlə" ilə bərabərə qalıb.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların üzvü Con Kamara heç-heçəni şərh edib:

"Çətin oyun oldu. Gərgin mübarizə getdi. Hər iki komanda əlinə düşən imkanlardan yararlandı. 4 möhtəşəm qol vuruldu. Oyun ümumilikdə maraqlı keçdi".

Sierra-lyoneli futbolçu zədəsi ilə bağlı da danışıb:

"Ani bir epizod oldu və zədələndim. Həmin an özümü pis hiss edirdim. Buna görə dəyişiklik istədim. Düşünürəm ki, o qədər də ciddi bir şeyim yoxdur. Həkimlər qərar versə, gələn tur meydana çıxa biləcəm".