Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində "Sumqayıt" - "Keşlə"ni qəbul edir.

Offsideplus.az xəbər verir ki, 63-cü dəqiqəsində Tural Bayramlının topu itirməsi Bakı təmsilçisinin Müşahidə Şurasının rəhbəri Zaur Axundovu əsəbiləşdirib. Klub rəhbəri dayandığı mövqedən Tərlan Əhmədovdan futbolçunun dəyişdirməsini tələb edib. Bu epizoddan 5 dəqiqə sonra baş məşqçi Tural Bayramlının əvəzinə Ruslan Qurbanovu oyuna daxil edib.

Qeyd edək ki, matçda "Sumqayıt" "Keşlə"ni 2:1 hesabı ilə məğlub edir.