Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubunun üzvü Riçard Almeyda yerli "Emirates Today" nəşrinə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi "Prezident kuboku"nun 1/4 final mərhələsində "Şabab Əl-Əhli"ni 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə təəssüratlarını bölüşüb:
"Onları məğlub etməyin ayrı ləzzəti var. Ötən həftə yaxşı məşq etmişdik. Hamının fikri kubokda mərhələ adlamaq idi. Çempionatda irəliləmək və titul qazanmaq üçün əla şansımız var. Bu fürsətdən yararlanmalıyıq. Təbii ki, qələbədə əsas rolu Şefer oynadı".
Təcrübəli yarımmüdafiəçi "Baniyas"ın cari mövsüm ölkə çempionatındakı hədəflərini də açıqlayıb:
"Çempionatda birdən-birə titul qazanmaq barədə düşünməməliyik. Kubokda ağır oyun keçirərək yarımfinala vəsiqə qazanmışıq. Addım-addım irəliləməli, hər oyuna ciddi yanaşmalıyıq. Bu mövsüm əsas hədəflərimizdən biri Asiya Çempionlar Liqasına vəsiqə qazanmaqdır".