Futbol üzrə milli komandamızda çalışmış Faiq Hüseynov “Avro-96”nın seçmə mərhələsinin səfər oyununda çəkilən videonu paylaşıb.
Offsideplus.az xəbər verir ki, sözügedən video 1994-cü ilin 7 sentyabrında keçirilən Rumıniya - Azərbaycan (3-0) matçınının fasiləsində paltardəyişmə otağında çəkilib.
Görüntüdə milli komandamızın o vaxtkı baş məşqçisi Ağasəlim Mircavadov, futbolçulardan Tərlan Əhmədov, Samir Ələkbərov və Nazim Süleymanov oyunçulara rəqibə boşluq yaratdıqları üçün əsəbiləşirlər.