Azərbaycan Premyer Liqasının XVIII turunda “Keşlə” “Zirə”yə qalib gəlib - 4:0.

Offsideplus.az xəbər verir ki, qarşılaşmada sonra meydan sahiblərinin futbolçusu Sezar Meza Kolli jurnalistlərin suallarını cavablandırıb. Yarımmüdafiəçi ilə olaraq qələbəni şərh edib:

“Çətin oyun idi. 1 həftə ərzində yaxşı məşq etdik. Əlimizdən gələni etdik”.

- "Zirə" keçən tur "Qarabağ"a 0:6 hesabı ilə uduzmuşdu. Hiss olunurdu ki, psixoloji olaraq özlərində deyillər?

- Onların hansı formada olduğu bizim üçün maraqlı deyildi. Çünki biz öz oyunumuza diqqət edirik. Əsas odur, qalib gəldik.

- Azərbaycan milli komandasından necə təklif gəldi? Özünüz müraciət etdiniz, yoxsa federasiyadan təklif etdilər?

- Hələ heç nə baş verməyib. Baxacağıq. Mən indi yalnız "Keşlə"də məşq edirəm.

- Azərbaycan pasportu almamısınız?

- Xeyr, hələ heç nə yoxdur. Mən Azərbaycanda çox xoşbəxtəm. Məsələnin necə bitəcəyini hələ bilmirəm.

- Bəs, bu məsələ nə vaxt konkretləşəcək.

- Mən bu barədə heç nə bilmirəm. Yalnız AFFA bilir.

- Özünüzün Azərbaycan millisində çıxış etmək üçün istəyiniz varmı?

- Mənimçün şərəf olardı. Çünki uzun müddətdir buradayam. Azərbaycanda özümü yaxşı hiss edirəm.

- Azərbaycan yığması o qədər də güclü deyil. Özünüzü bu millidə təsəvvür edirsinizmi, köməyiniz dəyə bilərmi?

- Əlimdən gələnin ən yaxşısını edərəm. Millinin yeni baş məşqçisi təyin olunsun, o, daha yaxşı biləcək. Oynayıb-oynamayacağıma kim qərar verəcək, bunu deyə bilmərəm. Mən hazırda ancaq məşqlərimi edirəm.