“Keşlə”nin futbolçusu Sezar Meza Kolli Azərbaycan millisinin formasını geyinə bilər.
Offsideplus.az xəbər verir ki, AFFA 2013-cü ildən etibarən Azərbaycanda çıxış edən futbolçunu FİFA-nın müvafiq qaydalarına əsaslanaraq, milliləşdirməyə hazırlaşır.
Sezar Meza Kolli Offsideplus.az-a açıqlamasında milli komandada oynamağa hazır olduğunu bildirib: "Uzun müddətdir ki, Azərbaycanda oynayıram və burada çox xoşbəxtəm. Demək olar ki, bura mənim ikinci vətənimdir. Artıq 5 ildən çoxdur ki, burada oynayıram və milli komandadan dəvət gəlsə, bu dəvəti sevə-sevə qəbul edərəm. Bu baş versə komandaya kömək etmək üçün əlimdən gələni edəcəm".
İlkin Sultanlı