Beynəlxalq Olimpiya Komitəsi “Tokio-2020” Yay Olimpiya Oyunları zamanı yenilik tətbiq edəcək.
Offsideplus.az xəbər verir ki, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Vitse-prezident bildirib ki, Azərbaycan da festivalın keçirilməsi üçün seçilən ölkələr arasındadır. Bizim bu sahədə təcrübəmiz var. Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunları və XV Avropa Gənclər Olimpiya Festivalı zamanı MOK-da “Zəfər günləri” təşkil olunub. Ancaq Olimpiya festivalının əhalinin çox toplaşdığı yerdə keçirilməsi planlaşdırılır. Festivalın Dənizkənarı Milli Parkda təşkili nəzərdə tutulub. Bu festivalın ölkəmizdə rəngarəng və yaddaqalan olacağına inanıram. //Azərtac