“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XV turunda “Səbail”i məğlub etdikləri oyundan sonra mətbuat konfransında Türkiyənin “Fənərbağça” klubunda çıxış edən Alper Potukun Ağdam təmsilçisinə keçmək ehtimalı barədə danışıb.
Offsideplus.az xəbər verir ki, o, türkiyəli yarımmüdafiəçinin transferinin gündəmdə olduğunu vurğulayıb:
“Bizdən asılı olan hər şeyi etmişik. O qədər də asan deyil. Son dəqiqələrə qədər danışıqlar olacaq. Dünən bir oyunçudan “yox” cavabı aldıq. Görünən odur ki, alınsa Alper Potukun keçidi reallaşacaq, alınmasa heç kimin”.
İlkin Sultanlı