AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov danışılmış oyunlarla bağlı məsələyə toxunub.

Offsideplus.az xəbər verir ki, O, digər idman növlərinin nümayəndələrinin də futbola müdaxiləsi olduğunu bildirib:

"Bu "virusun dərmanı"nı tapmışıq. Artıq sağlamlaşmaya doğru gedirik. Amma hələ məhv etməmişik. Bəzi insanlar yenə cinayəti təkrarlamağa çalışırlar. Biz danışılmış oyunlara qarşı mübarizəni aktiv həyata keçirən qurumuq. Danışılmış oyunlarla bağlı istintaq davam etdirilir. Hüquq-mühafizə orqanları olmadan araşdırmaları bu miqyasda apara bilməzdik. Artıq 3 illik mübarizəmizin bəhrəsini görürük".