Rövnəq Abdullayev dördüncü dəfə AFFA prezidenti seçilib.
Offsideplus.az-ın məlumatına görə, AFFA-nın XXVIII hesabat-seçki konfransında vakant yerə tək namizəd olan R.Abdullayev növbəti 4 il ərzində bu vəzifəni icra edəcək. AFFA rəhbəri ona dəstək olanlara təşəkkür edib: "Növbəti dəfə bu vəzifəni icra edəcəm. Buna görə, hər birinizə təşəkkür edirəm. Çalışacağıq ki, növbəti illərdə də uğurlu işlər görək. Bütün işlərdə, çempionatlarda yüksək potensialla çıxış edək".
Qeyd edək ki, Rövnəq Abdullayev AFFA-ya 2008-ci ildən rəhbərlik edir. O, 2012 və 2016-cı illərdə də bu vəzifəyə seçilib.