Rusiyalı model Luiza Kremlyova həbs olunub.
Offsideplus.az xəbər verir ki, "Milan”ın futbolçusu Teo Ernandesi zorlamada ittiham edən Luizanı İspaniya polisi saxlayıb.
Məhkəmə araşdırmalarından sonra Luiza yalan ifadə verməkdə günahlandırılıb.
Modelin azadlıqdan məhrum ediləcəyi istisna olunmur.
Luiza Ernandesi 2017-ci ildə zorlamada ittiham etmişdi. Həmin ilin iyun ayında iş bağlanmışdı. Model apelyasiya şikayəti vermişdi. Bu ilin yanvarında isə məhkəmə onun şikayətini rədd etmişdi.