Türkiyə Milli Komandası və "Qalatasaray”ın əfsanəvi hücumçusu Hakan Şükür haqqında yeni məlumatlar ortaya çıxıb.
Offsideplus.az xəbər verir ki, ABŞ-da yaşayan Şükür hazırkı fəaliyyəti haqqında danışıb: "Əmlakım müsadirə olunduqdan sonra ABŞ-da bir çox işlərdə çalışıram. Əvvəlcə kafedə işlədim, daha sonra isə taksidə işə düzəldim. İndi "Uber”də sürücü olmaqla yanaşı, kitab da satıram”.
Qeyd edək ki, Hakan Şükür FETÖ-yə maliyyə dəstəyi verməkdə ittiham olunur. Türkiyənin Sakarya Cumhuriyyət Baş Prokurorluğu futbolçu barəsində "silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə 7,5 ildən 15 ilədək həbs tələb edir. Özünün və ailəsinin Türkiyədə bütün var-dövlətinə girov qoyulub.