Dövrə arası təlim-məşq toplanışını davam etdirən "Fənərbaxça" klubunun futbolçuları "Luna park"da əyləniblər.
Offsideplus.az xəbər verir ki, toplanışın son günü sürət qatarına minən futbolçuların həyəcanlı olduğu hiss olunub. Komanda yoldaşlarının israrına rəğmən, Qarri Rodrigez qatara minməyib.
Futbolçuların paylaşdığı videoda Adil Raminin halından məmnun olmadığı görünür.