AFFA-nın yeni ildə ilk növbədənkənar Konfrans keçiriləcək.
Offsideplus.az xəbər verir ki, yığıncaq sabah “Bulvar otel”də baş tutacaq.
Saat 10:00-da başlayacaq Konfransın gündəliyində duran əsas məsələ AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxılması olacaq. Həmçinin digər məsələlər də nəzərdən keçiriləcək.
Qeyd edək ki, növbədənkənar Konfransın çağırılması ilə bağlı qərar AFFA İcraiyyə Komitəsinin ötən il dekabrın 13-dəki iclasında qəbul olunub.