Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç vida mesajı yazıb. 

Offsideplus.az xəbər verir ki, xorvatiyalı mütəxəssis feysbuk səhifəsində etdiyi paylaşımda millimizin "sükanı arxası"nda keçirdiyi bir ildən zövq aldığını vurğulayıb: "AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinə liderlik etdim. Mənim üçün böyük mübarizə oldu, hər andan həzz aldım. Hər kəsə təşəkkür etmək istəyirəm: futbolçulara, köməkçilərə, dəstəkçilərə, AFFA-ya... İndi yeni fürsətlər üçün səbirsizlənirəm".

Qeyd edək ki, yığmamız Nikola Yurçeviçin rəhbərliyi altında Avropa çempionatının seçmə mərhələsində keçirdiyi 8 matçda cəmi 1 xal toplayıb.