Azərbaycanda Ronaldinyo Futbol Akademiyasının açılışı növbəti dəfə təxirə salınıb.

Offsideplus.az xəbər verir ki, bu barədə “Report”a “Qəbələ” Futbol Akadamiyasının direktor müavini Nail Kərimov bildirib. Akademiyanın 2020-ci ilin əvvəlində istifadəyə veriləcəyi deyilsə də, bu, həmin vaxt baş verməyəcək: “Ronaldinyo Futbol Akademiyasının açılışı uzanır. Bunun hansı tarixdə gerçəkləşəcəyi dəqiq bilinmir. Lakin bu işin “Qəbələ” İdman Klubunun sponsorluq məsələsi ilə heç bir əlaqəsi yoxdur. Bu, müstəqil layihədir”.

2017-ci ilin martında məşhur braziliyalı futbolçu Ronaldinyo ilə “Qəbələ” İdman Klubu arasında müqavilə imzalanıb. Sözləşməyə əsasən, ulduz futbolçu “Qəbələ” klubunun dəstəyi ilə Bakıda Futbol Akademiyası açmalıdır. Lakin akademiyanın açılışı müxtəlif səbəblərdən bir neçə dəfə təxirə salınıb.