"Barselona”nın futbolçusu Nelson Semedunun mənzili qarət edilib.
Offsideplus.az xəbər verir ki, hadisə "el-klasiko”dan bir neçə saat əvvəl baş verib. Həmin vaxt "Barsa”nın futbolçuları oteldə olublar.
Polis hadisədən 15 dəqiqədən sonra xəbər tutub. Oğruların futbolçunun evindən nələr apardıqları barədə məlumat verilmir.
Qeyd edək ki, daha əvvəl Samuel Umtitinin, Arturun, Jerar Pikenin və Xordi Albanın da mənzilləri qarət edilmişdi.