Belarus milli komandası Azərbaycan və Sloveniya yığmaları ilə keçirəcəkləri yoldaşlıq görüşləri üçün heyəti açıqlayıb.

Offsideplus.az xəbər verir ki, rəqibin baş məşqçisi İqor Kriuşenko 23 futbolçunu dəvət edib:

Qapıçılar: Andrey Qorbunov (“Dinamo” Minsk), Aleksandr Qutor, Pavel Pavlyuçenko (hər ikisi “Dinamo” Brest)

Müdafiəçilər: Aleksandr Martınoviç (“Krasnodar”, Rusiya), İqor Şitov (“Astana”, Qazaxıstan), Denis Polyakov (APOEL, Kipr), Sergey Politeviç (“Gənclərbirliyi”, Türkiyə), Mixail Sivakov (“Amkar”, Rusiya), Maksim Volodko (BATE), Oleq Veretilo (“Dinamo” Brest), Sergey Matveyçik (“Şaxtyor” Soliqorsk)

Yarımmüdafiəçilər: Sergey Kislyak (“İrtış”, Qazaxıstan), Stanislav Draqun, İqor Staseviç (hər ikisi BATE), Renan Bressan (“Şaviş”, Portuqaliya), Pavel Nexayçik, Pavel Savitski (hər ikisi “Dinamo” Brest), İvan Mayevski (“Astana”, Qazaxıstan), Yuri Kendış (“Şerif”, Moldova), Yuri Kovalyov (“Şaxtyor” Soliqorsk)

Hücumçular: Maksim Skavış (BATE), Denis Laptev (“Şaxtyor” Soliqorsk), Anton Saroka (“Dinamo” Minsk).

Martın 19-dan 28-dək təlim-məşq toplanışında olacaq belaruslular öz ölkəsinin futbol federasiyasının texniki mərkəzində məskunlşacaq. Bakıya səfər öncəsi yeganə məşq federasiyanın futbol meydançaları kompleksində olacaq. Rəqib martın 20-də səhər Bakıya yollanacaq.

Qeyd edək ki, Azərbaycanla qarşılaşma martın 23-də Bakı Olimpiya Stadionunda, Sloveniya ilə görüş isə Lyublyanadakı "Stojitse" stadionunda olacaq.