Aqil Abbas "İlin qalibləri"nin mükafatlandırma mərasimində səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Offsideplus.az xəbər verir ki, "Qarabağ" klubuna azarkeşliyi ilə diqqət mərkəzində olan Aqil Abbas "Sumqayıt"a azarkeşlik etdiyini bildirib: "Mən bölgə klublarını dəstəkləyirəm. Bakı klublarının xətrinə dəyməsin. "Qarabağ" azarkeşi olduğumu hər kəs bilir. Ancaq son vaxtlar "Sumqayıt"a azarkeşlik etməyə başlamışam. Çünki bu klubda yerli futbolçularımız çoxdur. Həm "Sumqayıt" da bölgə sayılır".

Aqil Abbas ölkə ərazisində mövcud olan Olimpiya komplekslərinin mövcud durumu barədə də fikirlərini bölüşüb: "Təklif edirəm ki, Gənclər və İdman Nazirliyi həmin komplekslərə nəzarət etsin, il sonunda onlardan idmançı tələb etsin. İndi bu komplekslər varlıların üzmə hovuzu və mehmanxana funksiyasını yerinə yetirir. Bunun qarşısı alınmalıdır".

 

Zeynəb Əliyeva