Futbol üzrə klublararası dünya çempionatına start verilib.

Offsideplus.az.az xəbər verir ki,  Qətərin “Əl Sədd” klubu ilə Yeni Kaledoniya təmsilçisi “İanqen” arasında qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda 2 qol vuran “Əl Sədd” 3:1 hesablı qələbə qazanıb.
Qətər çempionu ikinci mərhələdə Meksika “Monterrey”i ilə qarşılaşacaq. Bu mərhələnin digər oyununda isə Tunisin “Esperans” klubu isə Asiya Çempionlar Liqasının qalibi “Əl Hilal” (Səudiyyə Ərəbistanı) üz-üzə gələcək.
Yarımfinalda UEFA Çempionlar Liqasının qalibi “Liverpul” (İngiltərə) ilə “Monterrey” - “Əl Sədd” cütünün qalibi qarşılaşacaq. “Esperans” - “Əl Hilal” cütünün qalibi də KONMEBOL-da çempion olmuş “Flamenqo”yla (Braziliya) qarşılaşacaq.
Klublararası DÇ dekabrın 21-nə qədər davam edəcək. Final oyunu Qətərin paytaxtı Dohada yerləşən “Education City” stadionunda baş tutacaq.