Azərbaycan Premyer Liqasının XIV turu “Qarabağ”ın futbolçusu Miçel üçün yubiley oyunu ilə əlamətdar olub.

Offsideplus.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, tam adı Markus Madera olan ispaniyalı yarımmüdafiəçi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. “Keşlə” ilə ev matçı (2:2) bərabərliklə yekunlaşıb.

Premyer Liqada 2015/16 mövsümündə debüt edən Miçel indiyədək keçirdiyi 100 qarşılaşmada 16 qol vurub. Ölkəmizdə yalnız bir klubda çıxış edən yarımmüdafiəçi cari mövsümdən başqa hər çempionatda qol vurmağı bacarıb.