Uels millsinin baş məşqçisi Rayan Giqqzin qardaşı onu xəyanətdə günahlandırıb.
Offsideplus.az "The Sun"a istinadən xəbər verir ki, Rodri Giggsin illər sonra qardaşının ona həyat yoldaşı ilə xəyanət etməsi haqda danışıb. O, bu hadisədən sonra qardaşı ilə küsülü olduğunu deyib. Rodri anasının da qardaşının tərəfini tutduğunu və onunla danışmadığını bildirib:
“Mənim 35 medalım yoxdur, “Mançester Yunayted”də 20 il oynamamışam və böyük bir evə sahib deyiləm. Sanki xəyanəti mən eləmişəm. 3 uşağım var. Biri 3, digəri 5 yaşından anamla danışmır. O biri 7-8 ildir anamı görmür. Ailəmdən heç kimlə danışmıram. Amma hamısı Rayan ilə danışırlar. Onlar Uelsdə yaşayır, Rayanın hesabına gözəl həyat sürürlər. Onların sevdiyi budur”.